Güney Azərbaycanın müxtəlif şəhərlərinin bazarları tətil və rtiraza başladı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il oktyabr ayının 8-də Güney Azərbaycanın müxtəlif şəhərlərində bazarlar bahalıq, yoxsulluq, işsizlik və rejimin Azərbaycana təyin etdiyi yüksək vergi üzündən tətil və etirazlara başladı.

Təbrizin müxtəlif bazarları, Urmiyanın bazarları, Qoşaçayın bazarları, Zəncanın və Əbhərin, eləcə Tehranın və s. Azərbaycan şəhərlərinin bazarları tətil və etiraza başladı.

Təbrizdə irqçi fars rejimin iqtisadi siyasətinə etiraz olaraq Təbrizin böyük bazarı tətillərə başladı. Buna görə də rejim xüsusi qvardiya heyətini şəhərin küçələrinə çıxardı.

Qeyd edək ki, valyutanın qiymətində dəyişkənlik, bazarda qeyri-sabit vəziyyət, rejimin yanlış iqtisadi siyasəti və onun dağıdıcı nəticələri Azərbaycan bazarının tətil və bağlanmasının əsas səbəblərindəndir.

 

 

 

 

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın