Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycanın Qızılüzən çayı ətrafında 1 milyon 200 illik ağıllı insan izləri aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil vilayətinin Mədəni İrs, Turizm və Əl Sənətləri İdarəsinin Arxeologiya Qurupunun rəisi Ruhulla Məhəmmədi bu barədə açıqlama verərək deyib ki, Güney Azərbaycanın Qızılüzən çayı ətrafında 1 milyon 200 illik ağıllı insan izləri aşkarlanıb.

R.Məhəmmədi deyib: “Rusiyanın arxeologiya qrupunun 1385-ci ildə apardığı qazıntılara görə, Qızılüzən çayının ətrafında qədim Paleolit dövrünə aid daş alətlər aşkar edilib. Ərdəbil bölgəsində aparılan araşdırmalar ağıllı iansanların məskunlaşma izlərinin 1 milyon 200 il öncəya aid olduğunu göstərir. Çay kənarındakı insan izləri Qızılüzən ətrafında böyük kəsikləri olan dərələrdən məlum olub. Düzənliklərdə isə insan məskənlərini nadir hallarda görmək mümkündür. İlk insan məskənlərinin bu bölgədə Xalxalın Məzrə kəndi həndəvərində olduğu bildirilir”.

Səreyndə isə kültəpənin birinci hissə qazıntıları zamanı Kür-araz mədəni dövrünə aid olan misilsiz memarlıq abidəsi aşkarlanıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın