Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycanın Traxtur komandası ən çox tərəfdarı olan komanda oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası superliqada ən çox tərəfdarı olan komanda oldu.

Bu mövsüm klubun oyunlarını stadiondan izləyənlərin sayı 653 min nəfər olub. “Səhənd” stadionunda baş tutan “Traxtur” – “İstiqlal” oyunu 90 min atərəfdarla mövsümün, eləcə də Təbriz klubunun ən çox tərəfdarı olan matç kimi müəyyənləşdirilib.

“Traxtur”dan sonra Tehran şəhərinin klubları “Perspolis”in oyununu 567 min, “İstiqlal”ın oyununu isə 407 min tamaşaçı izləyib.

“Perspolis” klubunun bundan sonra bir oyunu qalmış olsa da, oyun 15 min nəfərlik stadionda baş tutacağı üçün komandanın “Traxtur”u geridə qoyma ehtimalı yoxdur.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın