Güney Azərbaycanın Traxtur komandası Perspolisi məğlub etdi

Güney Azərbaycanın Traxtur futbol komandası İran üzrə futbol klublarının 19-cu super liqa yarışlarının ikinci həftəsində Tehranın Perspolis komandasını Təbrizin Səhənd stadionunda 1-0 hesabı ilə məğlub edib.

Traxtura qələbə qazandıran qol oyunun 45+1 dəqiqəsində Ehsan Hacısəfi tərəfindən vurulub. Bundan sonra hesab oyunun sonunadək dəyişməz qaldı. Bununla da Traxtur yarışı 1:0 hesabı ilə başa vuraraq rəqibi Perspolisi məğlub edib.

Güney Azərbaycanda stadionda minlərlə azərbaycanlı gənc Türkiyə Cümhuriyyətinin Zəfər bayramını da qeyd edib.

Bu məqsədlə azərbaycanlı tərəfdarlar 30 Avqust Zəfər bayramı münasibətilə stadionda Türkiyə Cümhuriyyətinin qırmızı ay ulduzlu bayrağını dalğalandırıblar.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın