Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Güney Azərbaycanın Traxtur komandası tərəfdarları Azərbaycan bayrağını dalğalandırdılar- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur futbol komandasının Mazandaranda Qaimşəhrin Nəssaci komandası ilə yarışında Azərbaycan bayrağı dalğalanıb.

Qeyd edək ki, Güney Azərbaycanın Traxtur futbol komandası super liqa yarışları çərçivəsində qarşılaşdığı Mazandaran təmsilçisini öz meydançasında böyük hesabla məğlub edib.

Komandamız yarışların 7-ci həftəsində Qaimşəhrin Vətəni stadionunda keçirilən görüşdə qonağı olduğu “Nəssaci”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Traxtura qələbə qazandıran qollar 52-ci dəqiqədə Vilian Mimbella, 61 və 63-cü dəqiqələrdə Sasan Ənsari və 85-ci dəqiqədə Yukia Sugita tərəfindən vurulub.

 Traxtur həmin qələbədən sonra müvəqqəti cədvəlinin 1-ci pilləsində yükəslib.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Bir cavab yazın