Güney Azərbaycanın Xalxal bölgəsinin Gülüzan kəndi köçürülür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xalxal bölgəsinin Gülüzan kəndi sürüşmə təhlükəsi səbəbi ilə köçürülür.

Ərdəbil əyalətinin Fövqüladı Halla İdarəsi rəisi Əmir Daneş bildirib ki, Xalxal şəhərinin Şahrud bölgəsində yerləşən kənd sürüşmə təhlükəsi ilə qarşılaşıb.

O deyib: “Hal-hazırda torpaq sürüşməsi Xalxal şəhərinin kəndləri üçün ən vacib geotexniki təhlükə və təhdidl sayılır. Mütəxəssislərin fikrincə, hazırda kəndi başqa yerə köçürməliyik. Kəndin köçürülməsi üçün müəyyən edilmiş ərazinin Gülüzanla 3 kilometr məsafəsi var”.

Qeyd edək ki, Gülüzan kəndi Ərdəbil vilayətinin cənubunda Zəncan vilayəti ilə sərhəddə Xalxal bölgəsinin kəndlərindən sayılır.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın