Güney azərbaycanlı millət vəkili: “Azərbaycanın Qarabağın işğal olunmuş ərazisini azad etmək üçün əks hücumu tamamilə qanunidir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən məclisə millət vəkili seçilən Ruhullah Həzrətpur Azərbaycanın öz torpaqlarını azad etməh hüququnu himayə edib.

“Azərbaycan dövlətinin Qarabağın işğal olunmuş ərazisini azad etmək üçün əks hücumu tamamilə qanuni bir addımdır. İran İslam Respublikası heç vaxt zalım və cinayətkar dövlətin yanında olmayacaq. Mən Allah dərgahında İslam əsgərləri və mücahid müsəlmanlar üçün qələbə arzu edirəm. Bu yolda şəhid olub “Hüseyn Hüseyn” zikri ilə torpağa tapşırılan əsgərlər üçün uca yaradandan ən yüksək məqamı diləyirəm”, – deyə o qeyd edib.

Qeyd edək ki, İranın antitürk molla rejimin Azərbaycan türklərinin istəklərinə məhəl qoymadan işğalçı Ermənistanı dəstəkləyir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın