Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azrbaycanda 2006 May qiyamının ildönümündə “Gənclik” kitabı çap edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azrbaycanda 2006 May (1 Xordad) qiyamının ildönümündə Azərbaycan Milli Hərəkatının gənc fəalları “Gənclik” adlı kitabça çap edərək yayıblar.

44 səhifəlik “Gənclik” adında kitabça 2006-cı il May qiyamının ildönümündə Güney Azərbaycanın bir çox şəhər və bölgələrində paylanıb.

Nəşrin əsas mövzusunu milli hərəkatda gənclərin önəmli rolu barədədir. Kitaın üz qabığında Xordad qiyamında iştirak edən gənclərin yürüyüşündən bir şəkil yerləşdirilib. Cildin arxasıbda isə Seyid Cəfər Pişəvərinin 1945-1946-cı illərdə qurduğu Milli Hökumətin baş prokuroru Firidun İbrahimi ilə hərəkatın tanınmış simalarndan olan Əziz Purvəlinin vəfatının ildönümü münasibəti ilə şəkli əks etdirilib. “Gənclik” nəşrinin son səhifəsində Xordad qiyamında şəhid olan Behzad Səbuhinəjad, Eyvəz Siyahi, Rza Mirağapur Dərviş, Fərzad Əsədpur, Hümmət İsimzadə, Səttar Səlimi, Sina Tariq, Əkbər Noruzi, Həsən Fəthipur, Cəlil Abidi, Əsgər Qasimi, Tohid Azəriun və Fərhad Möhsini Nigaristan haqqında qısa bilgilər sunulub.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …

Bir cavab yazın