Cümə axşamı , Mart 28 2024
azfa

Güney Türkmənistan daşqınında əhaliyə yardım edən 6 nəfər yerli əhali boğulub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Türkmənistanda irqçi fars rejimin səbəbkarı olduğu daşqınında dövlətin əhaliyə yardım etməməsi üçün yerli gənclər əhalini köçürməklə məşğuldur. Ona görə də əhaliyə yardım göstərən 6 nəfər yerli əhali yardım prosesində daşqında boğularaq, ölüb.

2019-cu il martın 26-da Gümüştəpə şəhərində əhalinin köçürülməsinə yardım edən 25 sərnişini olan bir motorlu qayıq aşıb. Onlar dövlətin yardım etmədiyi üçün texnikasız bir vəziyyətdə yerlilərini seldən qurtarmaq istəyiblər.

Bu barədə Gümüştəpə Şəhər İcra Hakimiyyəti başçısı açıqlama verərək deyib ki, qayığın aşması nəticəsində suya düşənlərdən 5-nin cəsədi tapılıb. Bir nəfər isə yoxa çıxıb, onu tapmaq üçün axtarış aparılır.

Ölən türkmənlərin kimliyi Əhməd Əbdülheseyni, Naz Məhəmməd Xalidi, Ənduləzim Nəyani, Səlim Sofiyani, Behzad Tatari və Tac Qulu Cahanidən ibarətdir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın