Cümə axşamı , Aprel 18 2024
azfa

Güney Türkmənistanda 11-ci at yarışı keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney TürkmənistanTürkmən limanında 11-ci at yarışı keçirilib.

Yarışda 1450 metr uzunluğu olan meydançada müsabiqədə iştirak edən 46 at 7 kurs qaçıb.

Yarış iştirakçılarından olan Ramin Ağ Atabay adlı atı ilə yarışların birinci kursunda birinci yeri tutub. Digər iştirakçı Ağöylü Bəşgerd yarışın 2-ci, 4-cü, 6-cı və 7-ci kurslarında Tavanora, Akam, Təla və Haktan adlı atları ilə birinci yerdə qərarlaşıb. Kamal Dalicə Liman Almazı adlı atı ilə 3-cü kursun, Əbdülhəlim Qubadi isə Ajdar adlı atı ilə 5-ci kursun qalibi olub.

Müsabiqənin sonunda qalib gələn atlara ümumilikdə 106 milyon tümən mükafat verilib.

Qeyd edək ki, Güney Türkmənistan Xəzər dənizinin cənub şərqində yerləşir. Türkmənlər bu vilayətdən əlavə Şimali Xorasan vilayətində də məskunlaşıb. Türkmən elində atçılıq və at yarışları geniş yayılıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın