Gürcüstan Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə tarixi saxtalaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gürcüstanda Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə tarix saxtalaşdırılır.

Gürcüstan patriarxı II İlya, Baş nazir Georgi Qaxariya, Xarici İşlər naziri David Zalkaliani və Daxili İşlər naziri Vaxtanq Qomelauriyə Çiçxituri və Udabno monastırlarıyla bağlı (Keşikçidağ kompleksi) müraciət edib.

Bu müraciət patriarxlığın saytında yer alıb. Müraciətdə guya Azərbaycan və Gürcüstan arasında sərhədin 1936-1938-ci ilin xəritələrinə əsasən müəyyən edildiyi və bu xəritətlərdə hər iki monastırın Gürcüstanın tərkibində olduğu bildirilib:

“Bizə Azərbaycan tərəfinin fəaliyyətləri aydın deyil. Azərbaycan 2019-cu ildən bizi Udabno və Çiçxituri monastırlarından faktiki olaraq məhrum edib, buraya zəvvar və turistlərin ziyarətlərini tam məhdudlaşdırıb”.

Qeyd edək ki, təxminən yarım milyon əhalinin yaşadığı Borçalı və hətta Tiflisin bir hissəsi tarixi Azərbaycan ərazisidir və hazırda Gürcüstanın tərkibindədir.

Həmçinin yoxlayın

Türkiyənin dəstəklədiyi Liviya ordusu uğurla irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin dəstəklədiyi Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki …

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri”

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri” GADTB: Məhərrəm Ergin (1925-1995)  – Türkoloq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir