Cümə , Aprel 19 2024
azfa

Həmədan və Soyuqbulaq zindanlarında üsyan və toqquşma baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan və Soyuqbulaq (Mahabad) zindanlarında üsyan və toqquşma baş verib.

Məhbusların martın 29-da bazar günü səhər tezdən qaçmağa çalışdığı bildirilir. Zindanlardan bir neçə məhbusun qaçdığı bildirilir. Fars-molla rejiminin məmurlarının birbaşa atəş açması nəticəsində bir neçə məhbusun da qətlə yetirildiyi söylənilir.

Qeyd edək ki, dünən də Saqqız zindanında baş verən üsyanla 80 nəfər kürd məhbus qaçmışdır. Təbriz zindanında isə məhbusların üsyanı rejimin məmurlarının xüsusi qəddarlığı ilə yatırılmışdır.

Son dövrlərdə rejimin zindanlarda koronavirusu yayması üzündən çox sayda zindanda üsyan baş verib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın