Çərşənbə axşamı , May 21 2019
azfa

Həsən Raşidi: İran bütün türklərə hörmətsizlik edir

GADTB: Tehranda ermənilərin küçələrə çıxıb Türkiyə və Azərbaycan əleyhinə fikirlər səsləndirməsi yersizdir. Ona görə ki, İran erməniləri bu addımı atırlarsa və 1915-ci il hadisələrini haqq bilib bu barədə səslərini qaldırmaqdan çəkinmirlərsə, biz niyə bu işi görmürük? Bizə niyə haqq verilməsin, bizə deyilsin ki, rəsmi icazə yoxdur?

Bu sözləri güneyli yazıçı Həsən Raşidi İranda 24 aprel qondarma erməni soyqırımının qeyd olunması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ermənilərə bu haqq verilirsə, onda azərbaycanlılara da Qarabağ problemini demək haqqı verilməlidir:

“1915-ci il hadisələri ilə bağlı onların heç bir faktı, sənədi yoxdur ki, ona etiraz etsinlər, 1,5 milyon insanın öldürüldüyünü bildirsinlər. Xocalıda və Qarabağda olan faciələr haqqında açıq-aydın gündəliklər, sənədlər, filmlər var. Müsəlmanlar, hətta şiələr əleyhinə törədilən vəhşiliklərdən hələ danışmıram, bu özü ayrı bir mövzudur. Əgər ermənilərə əllərində heç bir fakt olmadığı halda “soyqırım”la bağlı mitinq keçirilməyə icazə verilirsə, onda biz Qarabağ məsələsinə, oradakı şəhidlərə diqqət çəkməyə, erməni əli ilə vəhşicəsinə öldürülən müsəlman bacı-qardaşlarımızın faciəsini bütün dünyaya tanıtmağa hazırıq. Nəinki bunu biz etməliyik, hətta hökumət özü təşəbbüs göstərməlidir ki, siz bu mövzuda haqlısınız, səsinizi dünyaya çatdırmalısınız. Əgər bizə icazə verilmirsə, onda nə üçün ermənilərə Tehranda mitinq keçirmələrinə icazə verərək bizim gözümüz qarşısında bütün türklərə belə hörmətsizlik edirlər? Ermənilər tarix boyu düşmənin 5-ci sütunu kimi çıxış edib, hər zaman fürsətcil olublar. Min illər boyu türk imperatorluqları içində – Osmanlı, Səlcuqlar, Səfəvilər, Xarəzmlər olsun – asayiş çərçivəsində yaşayıblar. Onlar etiqad, din, inanclarında azad olublar, amma əllərinə fürsət düşən kimi müsəlmanlar, xüsusilə türklər əleyhinə işlər görərək 5-ci sütun rolunu oynayıblar. Rusiya –Qacar qarşıdurması zamanı da onların xain hərəkətinin şahidi oluruq. Hansı ki, Qacarlar dövründə ermənilər çox rahat yaşayıb, zülm və sitəmə məruz qalmayıblar. Osmanlılarda da həmçinin… I Dünya Müharibəsi zamanı qüdrət boşluğu meydana gələndə onlar Azərbaycanda özlərinə dövlət qurmaq istəyiblər. Bu niyyətlə də Azərbaycan türklərini qətlə yetiriblər. Bu hadisə özü belə ermənilərin fürsətcil olduğunu göstərir. İran onlara xoş üz göstərir, ermənilər isə bu durumdan belə sui-istifadə edirlər”.

Qeyd edək ki, ermənilər hər il olduğu kimi bu il də aprelin 24-də Türkiyənin İrandakı səfirliyinin qarşısında mitinq keçirərək, qondarma soyqırımı gündəmə gətirməyi planlaşdırır. Güney Azərbaycanda azərbaycanlı fəallar isə irqçi fars rejimin mitinqin keçirilməsinə icazə verməməyə çağırır.

 

Həmçinin yoxlayın

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) 1 Xordad qiyamı ilə bağlı bildirişi

GADTB: Şübhəsiz hər millətin keçmişində böyük və tarixini dəyişdirən hadisələr olmuşdur. Güney Azərbaycanda türk millətinin …

Rejimin işgəncələrindən qaraciyəri sıradan çıxan Həkimə Əhmədi xəstəxanada yatırıldə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeddi aydan artıq bir müddətdə həbsdə işgəncə edilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir