Hadi Bahaduri irqçi fars rejimin təhsil nazirinə yalan vədlərinə görə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyənin rejimin məclisindəki millət vəkili dünən aprelin 16-da etdiyi çıxışında Güney Azərbaycana aid bir neçə məsələ ilə bağlı xəbərdarlıq edib.

Bahaduri konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı isə rejimin təhsil nazirinə xəbərdarlıq edərək deyib: “Cənab Bəthayi, siz parlamentdə etimad səs verməsində söz verdiniz və bildirdiniz ki, artıq türkcə kitablar çap olunub və hazır vəziyyətdədir. Bu sözün üstündən bir il keçir, lakin 15-ci maddənin icrasından heç bir xəbər yoxdur. Xahiş eliyirəm qarşıdakı yeni dərs ilində məktəblərdə türk dilinin tədris olunmasına şərait yaradılsın”.

Hadi Bahaduri həmçinin deyib ki, mənim birinci xəbərdarlığım cənab prezidentə olacaq. Cənab prezident, sizin sosial-məişət məsələləri ilə bağlı proqramlarınız əhalinin ehtiyaclarına cavab vermir. İstehsal, ixracat, idxalat və dağıtım sisteminizdə ciddi çatışmazlıqlar var. Bir gün kartof, başqa bir gün isə soğan bahalaşır. İdxal və ixrac edilən məhsullarla bağlı hər gün yeni bir qanun qəbul olunur. Qiymətlər heç bir şəkildə sabitləşmir. Ona görə də bu məsələlərə yenidən baxılmalıdır.”

O sel böhranına da toxunaraq, edib ki, daxili işlər naziri cənab Rəhmani Fəzli, bu yağıntılar göstərdi ki, siz böhranları idarə etməyə laqeyd yanaşırsınız, bu məsələ nazirliyin diqqət mərkəzində deyil. Biz hazırda idarəçilik məsələsində böhrana düçar olmuşuq. Əhalinin könüllü yardımları olmasaydı, bu gün ölkə çox pis vəziyyətə düşə bilərdi.

Azərbaycanlı millət vəkilinin xəbərdarlıq etdiyi digər məsələ Güney Azərbaycanda ağacların kəsilməsi ilə bağlı olub. O həmçinin Urmiya gölü böhranı ilə bağlı isə deyib: “Urmiya gölü bərpa olunmayıb. Ona görə də əhaliyə yalan məlumat verməyin. Son yağıntıların nəticəsində göldə suyun səviyyəsi müəyyən qədər qalxıb, lakin gölün bərpa olunması üçün suyun səviyyəsinin hələ 3 metr qalxması lazımdır. Ona görə də Urmia Gölünü Bərpası Mərkəzi işlərini sürətlə davam etdirməlidir.”

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın