Heç bir günahı olmayan azərbaycanlı fəal Kazım Səfabəxş ikinci dəfədir ad gününü həbsxanada keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin günhı olmadan həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş (Koroğlu) ikinci ildir Tehranın Evin zindanında ad gününü qeyd edib.

Qeyd edək ki, 1990-cı il yanvarın 21-də doğulan Kazım Səfabəxşin 30 yaşı var.

Azərbaycanlı fəal 2018-ci il noyabrın 25-də Tehranda irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Fəal 2019-cu il iyunun 24-də irqçi fars rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən 13 il həbsə məhkum edilmişdir.

Fəal şərlənərək “Qrup yaratmaq və onu idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə qarşılaşmışdır. Fəal Apellyasiya məhkəməsi tərəfindən 3 il həbsə endirilib, bu müddətdən 2 ili mütləq icra olunmalıdır.

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş Tehranda Güney Azərbaycanın Traxtur komandasının lideri olub.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın