Hindistan da irqçi fars rejimin neftindən imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Hindistan Neft Nazirliyi neft ayırma ilə məşğul olan şirkətlərə müraciət edərək, İrandan neft idxalının kəskin şəkildə azaldılmasına hazırlaşmağı tapşırıb.

Bu barədə məlumatı “Əlcəzirə” televiziyası yayıb. Televiziya Hindistanın bununla ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə hazırlaşdığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə müraciət edərək, noyabr ayından etibarən İran adlanan ölkədən neft idxalını dayandırmalarını istəyib. Bəzi diktator ölkələr, xüsusilə Çin buna qarşı çıxıb.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın