Cümə , Yanvar 24 2020
azfa

Höccət Muxtarzadə rejimin ETTELAAT İdarəsindən Təbrizdə zindana köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadə rejimin ETTELAAT İdarəsindən Təbrizdə zindana köçürüldü

 Azərbaycanlı fəalın noyabrın 30-da Təbrizdə rejimin ETTELAAT İdarəsindən rejimin Təbrizdə zindanına köçürüldüyü və zaminə buraxılması üçün mülki vəsiqə qərarı çıxarıldığı bildirilir.

Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 17-də irqçi fars rejimin ETTELAAT məmuraları tərəfindən öz iş yerində yaxalanıb.

Höccət Muxtarzadə bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə yaxalanaraq, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Son etirazlarda isə çox sayda azərbaycanlı fəal yaxalanıb. onlardan yalnız bir hissəsinin adlarını müəyyənləşdirmək mümkün olub.

Həmçinin yoxlayın

ABŞ terrorçu Qüds qanadının yeni komandanına xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İranın …

İraq prezidenti İranın terrorçularının adını çəkmədən onların 600-dən çox adamı etirazlarda öldürdüyünü etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq prezidenti Berhem Salih İranın terrorçu qruplarının adını …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir