Şənbə , Aprel 20 2024
azfa

Hollandiyada Çinin zülmünə məruz qalan uyğur türklərinə dəstək məqsədilə mitinq keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hollandiyada Çin dövlərinin zülmü və soyqırım siyasətinin qurbanı olan uyğur türklərinə dəstək aksiyası keçirildi

Uyğur türklərinə qarşı zülmə və soyqırıma etiraz olaraq Hollandiyanın paytaxtı Amsterdamda yüzlərlə insan mitinq keçirib.

Uyğurların Mədəni və Bilgiləndirmə Mərkəzi tərəfindən təşkil edilən etiraz mitinqində minə yaxın insan qatılıb.

Etirazçılar aksiyada «Şərqi Türküstana azadlıq və müstəqillik!», «Azad uyğurlar!», «Uyğurlara təcavüzü dayandırın!» və “Çin, uyğurları öldürməyi dayandır!” və s. şüarlar səsləndirilmişdir. Həmçinin mitinqdə uyğur türklərinin problemləri ilə bağlı da açıqlama yayılmışdır.

Etirazçılar həmçinin Çin hökumətinin Şərqi Türkistanda uyğur türklərinə qarşı zülmünü tənqid etməklə yanaşı, müsəlman ölkələrinin məsələyə biganə qalmasını da qınayıblar.

Daha bir qrup isə Çinin Haaqadakı səfirliyi qarşısında aksiya keçirib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın