Cümə axşamı , Sentyabr 19 2019
azfa

Hüsen Seyidçiraği: İran adlanan Ölkede türklərə qarşı aparilan təhqirlər

GADTB: “Tarh-e no” qəzetində Azərbaycanlılara qarşı aşağılama dolu bir yazı çıxıb. Qəzetin redaktoru Məhəmməd Rza Rəbbani deyir ki, bu yazi Ferdusi nin şahnsmrsinden alinib ve türklere hitab yazilib ve iran da türk diye bişey yuxdu iran Azerbaycaninda yaşayanlar Azeri diler ve iranlidilar.Firdovsi gerçəkdən də irqçı biri olubdur. Türklərə, ərəblərə və gənəl olaraq fars olmayan bütün başqa xalqlara qarşı çox pis, çirkin, irqçı fikirləri var. Bu siyasi hakimiyətə fars millətçiləri gəldikdən sonra da bir gələnək kimi sürdürülür. İstər şah dönəmində, istərsə mollaların siyasi hakimiyətində fars olmayan bütün xalqlara özəlliklə də türklərə qarşı çox ciddi, çox dərin, təşkilatlanmış bir formada əritmə, assimilasiyun siyasəti yürüdülür. Təvsəvür edin bu günün ictimai məişətində böyük şəhərlərdə yaşayanlar uşaqlarını 1 yaşından tutmuş 6 yaşına kimi uşaq baxçalarına tapşırmalı olurlar. Uşaqlara öz dillərində heç nə öyrədilmir, onlar hansı şəhərdə yaşamalarından asılı olmayaraq farslaşırlar. Bu sistem artıq kiçik şəhərlərə də yol tapıb. Azərbaycanın ən özax şəharlerinde belə uşaqlar farslaşdırılırlar. Bütün bunlara bir də pisxolojik bir savaşı da artırın. Mana Neyestaninin karikaturasını, “Fitilə” verilişinin və ən sonuncu bu “Tərhe No” dergisinin üçünün də izləyicisi uşaqlar olduğu qətiyyən fövqəladə bir şey, ya da təsadüfi deyildir. Biz bir Türk olaraq İranda ölüm dirim savaşındayıq. Bu gün Zəncan şəhərində qaldırılan afişaların birində “ Biz diri qalmaq istəyirik!” şüarı da gözlənilməz bir şüar deyildir.

İranda azərbaycanlılara və ümumən türk kökənlilərə qarşı İran mediası tərəfindən dəfələrlə aşağılamalar olub. hökümətin ciddi nəzarəti altında bu baş verənlər neqativ hallar hökümətin mövqeyini əks etdirir ve sadəcə media rəhbərlərinin diqqətsizliyi, baş vermir. Bütün bunlar İran dövlətinin rəsmi mövqeyi və təşkilatçılığı ilə aparılan siyasətidir. Mana Neyistaninin iyirənc karikaturasını sonra çox ağır gərginliklər yaşayan Türk toplumunu sakitləşdirmək üçün onu ölkədən çıxartdılar sonra da ona Birləşmiş Millətlər Təşkilatının “siyasi karikatura” mükafatını verdirdilər. “Fitilə” verilişində türklərə qarşı proqram hazırlayanlar bi neçe gün öncə İran dövlətinin tarafinden ən yaxşı TV proqramı adına mükafat aldılar. Bu “Tərh e No” dergisində alçaldıcı mətni yazan da bu gün sabah başqa bir münasibətlə mükafatlandırılıacaqdir. İran dövləti Türklərin əridilməsi üçün belə yollarla çalışır.

İrandan olan azərbaycanlı mangurtlar bir qrupu İran azərbaycanlılarının  İran dövlətini parçalamağa can atdığını deyirərk bunu pisləyir, ya da İran mediasının və hökümətinin etinasız münasibətinin türk və fars xalqının birlikdə yaşaya bilmədiyinin sübutu kimi göstərir.

Mənce Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən savaş var. Mən də bu savaşda özümü bir əsgər bilirəm. Biz İranda azad bir Azərbaycan uğrunda savaşırıq. Bizə bölücümü, pantürkistmi, millətçimi, nə deyirlər desinlər. Bu adlandırmaların heç bir önemi yuxdu.

 

Həmçinin yoxlayın

HDP-nin rəhbərlik etdiyi bələdiyyələrin PKK idarə etsiyi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, HDP-nin rəhbərlik etdiyi bələdiyyələri sədrləri deyil, Qəndilin təyin …

Urmiyalılar Urmiya və Qərbi Azərbaycanda məktəblərdə türk dilinin tədrisini tələb etdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada bir qrup valideyin, millət vəkili, müəllim, əsnaf …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir