Cümə axşamı , Sentyabr 19 2019
azfa

Hüsen Seyit Çiraği: 26 Azər, Boyqırım günü

GADTB: Güney Azərbaycan xalqının çox önemli və tarixi günlərindən biri Azərbaycan Milli Hökumətinin yarandığı 1945-ci il 21 Azər/12 Dekabr günüdür. Təəssüflər ki, bir il sonra qlobal gücu mərkəzlərinin yardımı ilə Milli Hökumətimizi ortadan qaldıran Fars şovinizmi təkcə insanlarımızı öldürməklə, süngün etməklə, zindanlara salmaqla yetinmədi, həm də Azərbaycan milli kimliyini daha qəddarlıqla məhv etməyə çalışdı. Azərbaycan Türkcəsindəki kitabların yığılıb yandırıldığı, öyrətmənlərin öldürüldüyü 1946-cı il 26 Azər/17 Dekabr günü isə bu insanlıqdışı siyasətin zirvə nöqtəsi oldu…

Fars şovinizminin Azərbaycan Türk milli kimliyini yox etməyə yönəlik dövlət siyasəti əslində 1924-cü ildən başlamışdı və indi də tam gücü ilə davam etməkdədir. Bir xalqın başqalarından ayıran milli və maddi-mənəvi kültür dəyərlərini – milli kimliyini zorakılıqla əridib yox etməyə, kütləvi manqurtlaşdırma yaratmağa çalışan bu dövlət siyasəti kültürel soykırım, kültürkırım, Azərbaycan Türkcəsində mədəni soyqırım, kimi terminlərlə adlandırılmaqdadır. boy (qəbilə) üzərində qurulduğu üçün biz etnosid… anlayışını Azərbaycan Türkcəsində boyqırım termini ilə adlandırma önərisini daha doğru sayır və hesab edirik ki, “Ana dili” dərsliyimiz başda olmaqla kitablarımızın yandırıldığı, ana dilimizdə dərs deyən öyrətmənlərimizin qətlə yetirildiyi 26 Azər günü hər il Azərbaycanda boyqırım günü olaraq geniş biçimdə qeyd olunmalıdır.

Bəllidir ki, əlamətdar tarixi günlər toplum üzvlərini bir araya gətirib birləşdirir, onlarda birlik ruhu yaradır, xalqın siyasi və milli-mədəni şüurunun gəlişməsində, milli kimliyinin biçimlənməsində çox böyük önəm daşıyır. Güney Azərbaycanın belə əlamətdar tarixi günlərindən biri də artıq yetmiş illiyi tamam olan 26 Azər boyqırım günüdür. Güney Azərbaycan Türklərinin 26 Azər boyqırım günü bizlərdə öz milli kimliyimizə yiyə durma duyğusunu və düşüncəsini gücləndirən önəmli bir simgədir. Bununla yanaşı, boyqırım günü həm də Azərbaycan Milli Hərəkatıə nönəmli hədəf göstərməkdədir, fars şovinizminin iç üzünü ifşa etmək, onu dünyada doğru-düzgün tanıdıb məhkum etmək və 26 Azər boyqırım gününü panfarsizmin üzqarasına, utanc yerinə çevirmək və dünya demokratik güclərinin boyqırım günümüzə siyasi-hüquqi qiymət verməsinə və Azərbaycan Türkcəsindəki kitabların yığılıb yandırıldığı, öz ana dilində dərs dediyi üçün Azərbaycan öyrətmənlərinin öldürüldüyü 26 Azər gününü Birləşmiş Millətlər Təşkilatının dünya üzrə boyqırım günü kimi rəsmən qəbul etməsinə nail olar? soydaşlarımıza, özəlliklə yurddışında yaşayan insanlarımıza, bütün ictimai və siyasi qurumlarımıza müraciət edərək hamını bu iki önəmli hədəf uğrunda birgə aktiv mübarizə etməyi Arzuluram.

Həmçinin yoxlayın

HDP-nin rəhbərlik etdiyi bələdiyyələrin PKK idarə etsiyi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, HDP-nin rəhbərlik etdiyi bələdiyyələri sədrləri deyil, Qəndilin təyin …

Urmiyalılar Urmiya və Qərbi Azərbaycanda məktəblərdə türk dilinin tədrisini tələb etdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada bir qrup valideyin, millət vəkili, müəllim, əsnaf …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir