Bazar ertəsi , Noyabr 18 2019
azfa

Hüsen Seyit Çiraği: 28 maya gedən yol

GADTB: Güney Azərbaycan Milli Hərəkatının zirvə ayaqlanması olan 22 may 2006 olaylarının Şəhidlərin sayğıla anıb, 22 maydan 28 maya gedən yolumuz açıq olsun.

22 may olayların böyük bir siyasi layihə adlandırmaq olar. May olayları, Güney Azərbaycan Milli Hərəkatı üçün ən böyük və zirvə nöqtəsidir. Bu nöqtədən geriyə dönüş imkansızdır. Bu siyasi layihənin amacı sadəcə ana dilimizdə təhsil olsun deyil! Amac aydın ortadadır, Güney Azərbaycanın qurtuluşu, özgür və bağımsız Azərbaycan, daha sonra böyük və bütöv demokratik Azərbaycandır.

Hər kəsin bildiyi kimi, bu gün Azərbaycan Milli Hərəkatının gənəlində və ona bağlı olan partiyaları, qurumlar və orgütlər  arasında çoxlu sorunlar var. Bu sorunlar çoxu zaman məncillikdən ortaya çıxır, və ideoloji boşluğundan. Məncillik və ideoloji boşluğun daha geniş olaraq dışarıda olanlar arasında görmək mümkündür. Belə ki, bu gün biz hər tərəfdə haqlı olaraq iranlı olmadığımızı dilə gətiririk. Ancaq siyasi mədəniyyət olaraq farslar kimi davranmadayıq. Örnək olaraq, senzura, siyasi tərbiyədən uzaq davranışlar, insanlara qarşı məhkəmə qurub şəxsiyyətləri terror etmək, onları xain və satqın elan etmək və s. Bu türlü zehniyyət farslarda çox görünmüş! Ancaq bu gün bir bölüm bizim köynəyimizdən geyənlərdə eyni zehniyyətdə hərəkət edirlər. Millətimiz bu davranışları rəd edir. Bu gün Güney Azərbaycan Milli Hərəkatının içində, Milli hərkatımızın köynəyin geyib, başqa xalqların nökəri olan dırnaq arası solçular, və başqa bilməm çilar də, Milli hərəkatımızın xərçəng qüdsidir, çibanıdır.

Bu durumda milli hərəkatımız üçün heç də yaxşı bir durum deyil! Çox üzücü bir durumdur bizim içimizə girib bir gün insan haqları adına, torpaqlarımıza göz tikmiş üzdən ıraq kürd qonşunu savunurlar, başqa bir gündə daşnakları. Hər havaya ayaqları gəlir, bir öz havalarına oynamaq istəmirlər.  Millətləri düşünən sol əfəndilər və dünyanı qurtarmaq iddiasında olanların bu qədər Millətdən geri olması acı verici bir durumdur.

Güney Azərbaycanda milli hərəkatının hızla ilərləməsi ilə yanaşı, demokratik siyasal mədəniyyətdən uzaq olan bəzi şəxslər və təşkilatları, hərəkətdən təmizləmək və bu qrupları Güney Azərbaycan Milli hərəkatından uzaqlaşdırımaq gərkir. Bu günə qədər belə qurum və şəxslərin Güney Azərbaycan Milli Hərəkatına vurduqları ziyan çox böyük və bəzən də yıxıcı olubdur

Bu kimi qeyri demokratik şəxs və qrupların davranışının sonucu isə, milli hərəkatın enerjisini tükətmək və bilər-bilməz öz içində boğmaqdır.

Güney Azərbaycanda gedən milli mücadilənin təməl kimliyi demokratikləşmə və çağdaş düşünüb, çağdaş hərəkət etmək.

Bu isə, yuxarıda toxunulduğu kimi, solçuların yalnız dil, kültür yasağına qarşı mücadilə ilə tamamlana bilməz. Milli sorun bir demokratik mahiyyətdirsə, demokratik metodlarla irəli getməlidir.

Biz, milli haqlarımız demokratik yollarla almaq istəyirik.  İstəklərimiz bağımsızlığımız başda olaraq mədəni yollarla əldə etməkdir. Millətimizə qarşı yuxarıda adı çəkilən fars mərkəzli qrupların fikri axımları davam edəcəkdir.

Bu günə qədər təşkilat və qurumlarımızın, aralarında yaşanan qeyri-demokratik və dialoqa yol tapa bilməmək üzücüdür.

Təşkilat və qurumlar bir araya gəlib, Millətin gündəlik sorunların gündəmə gətirməli, seminarlar keçirib, ardıcıl dartışıb, və soranlara çözüm tapmalı.

Hüsen Seyid Çiraği / 04.04.2019

Həmçinin yoxlayın

Etirazlarda irqçi fars rejim onlarla azərbaycanlı fəalı yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan, …

Təbrizdə davam edən etirazlar səhərə yasxın: rejim qəddarlıq göstərir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün noyabr ayının 17-də səhər saatlarıa qədər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir