Cümə axşamı , Aprel 18 2024
azfa

İbrahim Rəməzani: İranın Azərbaycan Respublikasına nüfuz proyekti

GADTB: Son günlərdə, Qüds qüvvələrinin keçmiş komandiri, «Qasım Süleymani»nin kəsilmiş əlinin bir fotoşəkli, inqilab keşikçilərinə bağlı kanallar tərəfindən Azərbaycan Respublikası ilə əlaqəli sosial şəbəklərdə yayıldı. Fotoşəkilin aşağısında yazılıb: «Bu əl terror edilib kəsildikdən sonra sankı dünyada əllə görüşmək haram edildi. Dünya Süleymaninin şəhadəti ilə sankı tanrını incitdi.»

İslam Respublikası şiələrin cəmiyyətin bir hissəsi olduğu ölklərdə aktiv fəaliyyət göstərir və İranın İraqda, Livanda, Bəhreyində, Yəməndə, Azərbaycan Respublikasındə, həttta Pakistan və Gürcüstanda belə fəaliyyətlərini görürük.

Dünyanın media və araşdırma mərkəzləri İslam Respublikasının Orta Duğudakı genişləmə siyasəti haqqında ətraflı yazıblar. Bununla belə, az sayda media və araşdırma mərkəzləri İranın Qafqazda artan müdaxiləsinə kifayət qədər diqqət etmirlər. Bölgədə üç böyük keçmiş Sovet Respublikası var. Rusiya ilə mürəkkəb münasıbtləri olan və Avropaya inteqrasiya yolunu seçən Gürcüstan, Rusyanın müttəfiqi olan xristian dövləti Ermənistan və Türkiyənin müttəfiqi olan, eləcə də İrandan sonra ən çox şiə yaşayan laik Azərbaycan Respublikası.

Nardaran və Azərbaycan Respublikasının milli təhlükəsizlik məsələsi

26 noyabr 2015-ci ildə, ərbeyin ərfəsində, Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri silahlı bir qrupu zərərsizləşdirmək məqsədilə əməliyyat keçirdi. Deyilənlərə görə din adı altında bir qrup, dini dövlət yaratmaq məqsədi ilə hökumət rəsmilərinə qarşı iğtışaşlar və terror əməliyyatı gerçəkləşdirəcəkdilər. Təhlükəsizlik qüvvələri və bölgə sakinləri arasında çıxan çatışmada, 2 təhlükəsizlik qüvvəsi də daxil olmaqla 7 nəfər öldürüldü və «Azərbaycan Respublikası Müsəlman Birliyi Hərkatı»nın 16 üzvü həbs olundu. Bu əməliyyat «Nardaran» adı ilə məşhurdur. Bu hadisələrdən sonra Azərbaycan Respublikasının bəzi qurumları və xəbər agentlikləri tərəfindən Nardaran hadisələrinə müdaxilə etməkdə günahlandırılan İslam Respublikası iddiaları rədd etdi və Azərbaycan Respublikasını bu ölkənin müsəlman xalqının dini hisləri qarşısında təmkinli olmağa çağırdı.

Azərbaycan Respublikası Məclisinin Dini İşlər Komitəsinin sədri Siyavuş Novruzov deyir: «Nardaran camaatının böyük hissəsi inanclı insanlardır. Lakın etiraf etmək lazımdır ki, Nardaranda başqa dövələtin təsiri altına düşənlər, həmin ölkədə təhsil və təlim alanlar, oranın maliyyə diktəsi ilə hərəkət edənlər var. Bir çox dini ifratçılar da oranı özələrinə baza seçmişdilər.» O, İslam Respublikasının Azərbaycan şiələrinə təsir göstərmə səylərindən danışır və İnqılab Keşikçilərinin keçəmiş üzvü və Ərdəbilin «İslam Məşvərət Məclisi»nədəki keçmiş millət vəkili Mənsur Həqiqətpura istinad edərək deyir: «General Mənsur Həqiqətpür Nardaran hadsələri barədə danışmazdan əvvəl də Azərbaycanla bağlı çoxlu xoşagəlməz bəyanatlar səsləndirib. Vaxtilə burada səfirlikdə çalışdığı müddətdə təxribatçı əməllərlə, ermənilərə məlumat ötürməklə məşğul olub. Onun Nardaranda da adamları var idı və guya Nardaranın təəsübünü çəkir, Nardaranda tutulan təxribatçı qrupların hüquqlarının müdafiəsi ilə məşəğuldur.

Azərbaycan Respublikası İranı daxili işlərinə qarışmaqda günahlandırır, lakın İslam Respublikasının Bakıdakı səfirliyi bu iddaları rədd edir və İran daxili mediası İsrailin Azərbaycan Respublikasındəkı müdaxiləsi barədə xəbər verir. Hətta İran radio və televiziyasi Azərbaycan Respublikasındakı keçmiş təmsilçisi Bərham Heşməti, bu ölkənin Məsud Əliməhəmədinin qətlindəki rolundan danışdı və əlavə etdi: “İsrail nüvə alimlərinin terrorunda Cəmali Fəşi (Məsud Əliməhəmədini öldurməkdə ittiham olunur) paspurtuna möhür vurmadan Bakı hava limanından İsrailə köçürüldü və şəhid Əliməhəmədini öldürməyi öyrəndi.”

İranın Azərbaycan Respublikasındaki o vaxtkı kültür müşavirı olan Seyid İbrahim İbrahimi İranın Azərbaycan Respublikasının şiələri qarşısında vəzifəsi barədə İslam Respublikasınin fədakarlıq hissindən danışır və İslam Respublikasınin Azərbaycan Respublikası şiələrinə qarşı vəzifəsi nədir sualına cavabında deyir: «Azərbaycan səfirinin çağırışı şəklində görüşlər, ictimai toplantılar və konfranslar keçirilməli və onu Ərdəbil, Təbriz və ya Tehran kimi şəhərlərin insanlarına müraciət edərək Azərbaycan hökümətinin niyə belə hərəkət etdiyini cavablandırması üçün dəvət edilməlidir.» O deyir ki, Azərbaycan Respublikası hökumətinin «müsəlman ölkəsi olmasına baxmayaraq dini və məzəhəbi ünsürlərə və mərasimlərə qarşı dözümlülüyü yoxdur.”

Nardaran hadsələrindən sonra İslam Respublikasının bəzi şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil, Zəngan, Urmiyə, Həmədan və Bicarda, Nardaran hadsələrində ölənlər üçün «Nardaran şəhidləri xatirəsi» adı ilə yas mərasimləri keçirildi.

İslam Respublikasının, Azərbaycan Respublikasındəki fəaliyyt istiqamətləri

Son illərdə İslam Respublikasına bağlı qurumlar İranın məzəhəbçiliyinin bir qolu və şiə geopolitiki istiqamətində Azərbaycan Respublikasındə geniş fəaliyyt aparırlar.

Azərbaycanlı tələbələri təşkilatlandırmaq və onlara pulsuz təhsil imkanlarının yaradılması, gənclərin universitetlərdə dini təhsil almaları üçün İrana göndərilməsi, şiə dininin təbliği üçün din xadimlərinin Azərbaycan Respublikasına göndərilməsi, müxtəlif İran tərəfdarı təşkilatların fəaliyyətlərinin maliyyələşdirilməsi və aşura proqramlarının keçirilməsi, sosial şəbəklərdəki fəaliyyətlər və Azərbaycan türkcəsində vebsaytların qurulması, şiəciliyin təbliği və Azərbaycan Respublikasınin müxtəlif şəhərlərində yardım komitəsinin 20 illik fəaliyyətı İslam Respublikasının Azərbaycandakı fəaliyytlərinin yalnız bir hisəsidir

Bölgədə Azərbaycan türkcəsində əllidən çox islamçı vebsayt fəaliyyət göstərir. İranda qeydiyyata alınan və eyni zamanda Azərbaycan türkcəsini əhatə edən xəbər saytlarından başqa, Azərbaycan internet dominində qeydə alınan digər saytlarda aşağı keyfiyyətli xəbər və məqalələr görünməkdədir.

Azərbaycan Respublikasının rəsmilərindən birinin müşaviri “İranvayir” ilə söhbətdə deyir: «Bu saytların Azərbaycan xalqına çox təsir edə biləyəcəyini düşünmürük və bu da bu fəaliyyətlərə nəzart etmədiyimizi ifadə etmir, əkəsinə biz nəzart edirik və bu məsələ ilə bağlı Azərbaycan Respublikası hökumətinin həssaslığından ötürü bu saytların fəaliyyətinə kifayət qədər nəzarət var.”

2011-cı ilə qədər Azərbaycan Respublikasındə fəal iştirak edən Xomeyni Yardım Komitəsi, İslam Respublikasının bu ölkədəki fəaliyyətinin başqa bir sahəsi idı. Xomeyni Yardım Komitəsinin rəsmi saytında verilən məlumata görə, Azərbaycan Respublikasındə yardım komitəsi bölmələrinin sayi 55-dir, o cümlədən Bakıda yerləşən baş ofıs, dörd əsas şöbə (Bakı, Lənkran, Göyçay və Gəncədə), 16 təlim mərkəzi, 19 paylama şöbəsi, beş kültür evi, beş tibb mərkəzi və beş dənə də başqa birlik var. Yardım komitəsi Azərbaycan Respublikasının 464 şəhər və kəndini əhatə etmişdir. 2011-ci ildən bəri bu komitənin Azərbaycan Respublikasındəki bütün şöbələrinin fəaliyyəti durdurulmuşdur və 2014-cü ildən etibarən bu komitənin Azərbaycan Respublikasındəki fəaliyyətı tamamilə dayandırılmışdır.

Deyilənə görə, yardım komitəsinin dayandırılmasına səbəb olan bu komitənin Azərbaycan Respublikasındə bölücülük fəaliyyətlərinə qarışmasıydi. Bundan öncə, Azərbaycan Respublikasının «Media forum» xəbər ajansı, adı açıqlanmayan rəsmi mənbəyə istinadən, Xomeyni Yardım Komitəsinin Azərbaycan Respublikasındakı şöbəsini bölücülük fəaliyyətlərini dəstəkləməkədə ittiham etdi. Bununla birlikdə İslam Respublikasınin Azərbaycandakı keçmiş səfiri «Pakayin», yardım komitəsinin ölkədə 20 illik fəaliyyətində təxminən 43 milyon dollar xərclədıyını iddia etmişdir.

İslam Respublikasınin dini gəlişəmə istiqamtinə qarşı Azərbaycan Respublikasının tədbirləri

Azərbaycan Respublikası 2015-ci ildən bəri bu ölkədəki İran ruhanilərinin sayını azaldıb. Azərbaycan Respublikasının şiələri arasında İran missionerlərinin müdaxiləsindən sonra bu missionerlərin öncəki kimi asanlıqla işləməsinə imkan verilmir. Nardaran hadsələrindən sonrakı ilk addımda hökumət İran Elmiyyə Hövzələrində təhsil alan mollaların məscid imamlığı etmələrini qadağan edib və eyni zamanda 2018-ci ildə Azərbaycanlı tələbələri qəbul edən, «Azərbaycan İlahiyyat İnstitutunu» qurmuşdur. Baxmayaraq ki İlahiyyat fakültəsi 1992-93-cü tədris ilində Azərbaycan Respublikası təhsil nazirliyi, Bakı Dövəlt Universitetində və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış anlaşma əsasında təsis olunmuşdur. Azərbaycan İlahiyyat İnstitutu İslam Respublikasının təbliğat fəaliyyətı ilə paralel bir fəaliyyət göstərir.

Azərbaycan Respublikası hakimıiyyəti, İslam Respublikasının Azərbaycan şiələrinə mümkün təsirini minimuma endirmək və İran mədrəsələrinin etibarını zəifələtmək üçün bu tədəbirə əl atdı. Yumuşaq düşüncəli din xadimlərinin İranda təhsil alan din xadimləri ilə yerlərinin dəyişəməsi İslam Respublikası mədrəsə təhsilli Azərbaycan ruhanilərinin potensial təsir və təhdidlərini azalda bilər.

Şiə məzhəbi İslam Respublikasının şiə əhalisi olan ölklərin işələrinə qarışmaqda ilk və ən təsirli silahdır. Mütəxəsislər hesab edirlər ki, İraq, Bəhreyn, Yəmən və Pakıstanla müqayisədə İranın Azərbaycan Respublikası şiələrinə təsirinin olmamasının əsas səbəblərini iki halda araşdırmaq olar.

Birincisi, Azərbaycan xalqı özlərini müsəlman həsab etsələr və şiə çoxluğuna sahib olsalar da, nə məktəblərdə tələbələrə dini dərslər verilir və nə də hökumətin belə bir məqsədi vardır. Azərbaycan Respublikası dərsliklərində dinlə bağlı tapıla biləcək yəganə şey orta məkətəbdə müxtəlif dinlər üzrə sosial təhsil dərsliyində qısaca veriln bilgidir. Ancaq bu, əhli-beyti sevən azlığın inkar edilməsi deyil və bəziləri İslam Respublikasını utopiya həsab edirlər.

Bu barədə İran İslam Respublikası tərəfdarı bir gənc “İranvayir”ə deyir «Biz hökumətdən çox şey istəmirik, şiə olduğumuza hörmətlə yanaşsın və şiə ruhanilərini həbs etməsin. İran şiələrin rahat olduğu yəganə yerdir və şiələrin olduğu hər yerdə şiələr məzlumdur.» Ondan İranda və onun dini şəhərlərində yaşamaq istəyib-istəmədiyini soruşduq: «İstədiyim vaxt Məşhəd və Qum şəhərlərinə gedirəm və orada dostlarım var. Ailəmlə Məşhəddə və ya Qumda yaşamaq istəyərdim, amma bütün ailəmi və dostlarımı özümlə apara bilmərəm.»

Bununla yanaşı, İraq, Bəhreyn, Yəmən və Pakıstan şiə ruhanilərindən və ya dərin islamçı din adamlarından fərqli olaraq, bir və ya iki azlıq qrupu istisna olmaqla, Azərbaycan şiə ruhanıilərinin aşırı fəaliyyətləri və ya aşırı siyasi tələbləri olmamışdır.

Azərbaycan Respublikasının Tehrandakı keçmiş səfiri və Ankara Universitetinin tarix professoru Nəsib Nəsibli İranvayirə verdiyi müsahibədə İslam Respublikasının dini strategiyasının Azərbaycan Respublikasındə təsir göstərmədiyindən danışdı və əlavə etədi: «Keçmiş Sovet İttifaqından qalan yəganə müsbət irs bu hakimiyyətin laikliyidir. Azərbaycan xalqı öz muslmanlığını qəbul edir, lakın əksəriyyəti İslamı vəzifəsini yerinə gətirmir və bu da İslam Respublikasının Azərbaycan Respublikasına təsir edə bilməməsinin əsas amilidir. İslam Respublikası digər şiə ölklərində aktiv olduğundan daha çox Azərbaycana nüfuz etməyə çalışdı, amma uğursuz oldu.»

İkincisi, Dağlıq Qarabağ məsələsində Azərbaycan Respublikası əhalisinin İslam Respublikasına qarşı pis baxışı vardır. İslam Respublikası ilə İraq arasındakı səkkiz illik müharibədən sonra İslam Respublikası minlərlə itki ilə müharibədə qalib gəldiyini düşünürdü və Dağlıq Qarabağın azad edilməsi üçün müharibə təcrübəsinin Azərbaycan Respublikasına verilməsini tələb etdi. İran hərbi məsləhətçilərinin ilk qrupu 1990-cı illərdə casusluq və ölkənin daxili işəlrinə qarışmaq ittihamı ilə, sonradan Azərbaycan Respublikasının o zamankı cümhurbaşqanı Heydər Əliyev tərəfindən qovuldular. Ərdəbilin keçmiş millət vəkili Mənsur Həqiqətpur, Azərbaycan Respublikasındə ayrıca casusluq dosyesi olan bu hərbi məsləhətçilərdən biri idi.

Dağlıq Qarabağ münaqişəsi illər öncə başlayan və həll olunmamış Azərbaycan Respublikası ilə Ermənistan arasındakı ərazi mübahisəsidir. Bu sərhəd mübahisəsi bəzən iki ölkə arasındakı gərginlik və hərbi qarşıdurmalara səbəb olur.

Ancaq Ayətallah Xamenei, sərhədin hər iki tərəfindəki milyonlarla azərbaycanlının Dağlıq Qarabağa həssaslığının fərqindədir, Dağlıq Qarabağı bir islam diyarı adlandırır və Azərbaycanın müxtəlif şəhərlərindəki cuma nəmazlarında cuma imamları zaman-zaman xütəbələrində Dağlıq Qarabağdan danışırlar. Bu şəkildə ən fəal cuma imamı Ərdəbilin cuma imamı olan Seyid Həsən Amilidir. O xütbələrinin əksəriyyətində Ərdəbil əhalisindən çox Azərbaycan Respublikası əhalisi ilə danışır.

İslam Respublikasının bəzi çevrələrində Azərbaycan Respublikasının İsrailə yaxın olması və İslam Respublikası ilə işbirliyi etməməsi barədə söhəbətlər gedir və iddia olunur ki, əgər Azərbaycan Respublikası İran İslam Respublikasına yaxınlaşarsa, İslam Respublikası bu məsələni həll edə bilər və münaqişəni dayandıra bilər. Cənab Nəsibli bu barədə İranvayirə danışaraq dedi: «Bütün dünya İslam Respublikasının yalanlarından xəbərdardır. Azərbaycan Respublikası də bilir ki, İslam Respublikası dediklərindən daha zəifdir. Bir ay içındə öz uçağını vuran, vətəndaşlarının həyatını itirən və öz gəmisini vurduqdan sonra, raket sistmi səhvi və ya şəxsi bir səhv deyən ölkə, demək olar ki, heç bir gücə sahib deyil. Vətəndaşlarını öldürən bir ölkə, müslmanların və şiələrin lideri olduğunu iddia edə bilməz. Azərbaycan höküməti və xalqı bundan xəbərdardır.”

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Rus sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib

GADTB: 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş …

Bir cavab yazın