Cümə axşamı , Mart 28 2024
azfa

İngilis Düşüncə Mərkəzindən koronavirusla bağlı Çinin məsuliyyətsizliyi üzündən dəyən zərərə görə təzminat tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngilis Düşüncə Mərkəzi Londondan tələb edib ki, koronavirusla bağlı Çinin məsuliyyətsizliyi üzündən İngiltərəyə dəyən zərərə görə Çinə qarşı təzminat tələbi məqsədilə məhkəmə iddiası qaldırılsın.

Aparılmış geniş araşdırmadan sonra bu nəticəyə gəlinib ki, İngiltərə Çin vasitəsilə yaranmış koronavirus böhranı üzündən dəyən zərər görə Beynəlxalq Məhkəmə qarşısında iddia qaldırmalı və Çindən 351 milyard pond təzminat tələb etməlidir.

Bundan öncə isə ABŞ senatorlarından belə təşəbbüs olmuşdur.

Dünən isə İranın Səhiyyə Nazirliyinin sözçüsü dr.Cahanpur Anadolu Xəbər Agentliyinə müsahibəsində bildirmişdir ki, Çin dünyanı aldadaraq, yalan məlumatlar yaymaqla dünyaya baha başa gələn acı zarafat etmişdir.

Cahanpur həmçinin demişdir ki, Çin dünyanı aldadaraq, bildirmişdir ki, bu koronavirus xəstəliyi adi qripdən də yüngüldür və başqa yoluxan ölkələr də Çinin yalan sənədlərinə inanıb daha sərt tədbirlər görməmişlər.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın