Cümə , Aprel 19 2024
azfa

İngiltərə Çinə BMT-nin Uyğur bölgəsinə girişinə icazə verməsini istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Uyğur Türklərinə qarşı münasibətinə görə narahatlığını ifadə edən İngiltərə rəsmi Pekindən Birləşmiş Millətlər Təşkilatına Sincan Uyğur Muxtar Bölgəsinə (Şərqi Türüstana) məhdudiyyətsiz giriş verilməsini istədi.

Britaniyanın Cənubi Asiya və Britaniya Birliyi üzrə Dövlət katibi Lord Tariq Ahmed, BMT İnsan Hüquqları Şurasında Çin haqqında danışıb.

Sincan Uyğur Muxtar Bölgəsindəki insan haqları pozuntularına dair inandırıcı dəlillərə diqqət çəkən Əhməd, “Mədəniyyət və din ciddi şəkildə məhdudlaşdırılıb. Məcburi əmək və məcburi doğum nəzarəti ilə bağlı etibarlı hesabatlar gördük. İnanılmaz dərəcədə 1,8 milyon insan mühakimə olunmadan həbsdə saxlanılır” dedi.

Pekinin Hong Kongda Milli Təhlükəsizlik Qanunu tətbiq etməsinin qanuni olaraq məcburi olan Çin-İngilis Ortaq Bəyannaməsini pozduğunu ifadə edən Əhməd, “Çin Birgə Bəyannamədəki hüquq və azadlıqları qoruyacaq, Hong Kong məhkəmə sisteminin müstəqilliyinə hörmət göstərəcək, Sincan’a sınırsız giriş əldə edəcək. Onlardan özbaşına tutulanların hamısına icazə verməyə və sərbəst buraxmağa çağırırıq” ifadəsi işlətdi.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın