“İnstagram” Sepah terrorçuları ilə yanaşı rejim cinayətkarlarının da hesablarını dondurur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İnstagram” sosial şəbəkəsi irqçi fars rejimin Sepah terrorçuları ilə yanaşı rejim cinayətkarlarının da hesablarını dondurur.

ABŞ-ın rejimin İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, “İnstagram” sosial şəbəkəsi rejimin Sepah terrorçuları ilə yanaşı rejim cinayətkarlarının hesablarını dondurmağa başlayıb.

İndiyədək rejimin İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.

Həmçinin Əli Xameneinin ingiliscə xidmət edən informasiya portalının “İnstagram” səhifəsinin də dondurulduğunu bildiriblər.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın