Cümə axşamı , Aprel 25 2024
azfa

İnstaqram terrorçu Sepah komandanlarının hesabını sildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İnstaqram terrorçi təşkilatlar siyahısında yerləşən SEPAH komndanlarının hesabını silib. Sepah-ın Qüds qüvvələri komandanı Qasım Süleymaninin hesabının silinməsindən sonra artıq Qalibaf, Cəfəri və Kəmalinin də hesablarını İnstaqram bağlayıb.

İrqçi fars rejimin İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ tərəfindən terror təşkilatı kimi tanınmasından sonra verilən bu qərarla Süleymaninin 888 min izləyicisi, eləcə də digər Sepah komndanları Qalibaf, Cəfəri və Kəmalinin izləyiciləri onların səhifəsinə daxil ola bilməyiblər.

Qeyd edək ki, ABŞ, İran İnqilab Keşikçiləri Korpusunu aprelin 8-də terror təşkilatı siyahısına əlavə edib. Qərar ötən gün qüvvəyə minib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın