Çərşənbə , Aprel 24 2024
azfa

İran arxivindəki sənəd kürdlirin İraqdan Azərbaycana köçürüldüyünü sübut etdi-Sənəd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kürdlərin İraqdan son onilliklərdə Güney Azərbaycana köçürülməsinə dair yüzlərlə sənəd və mötəbər faktlar mövcuddur.

Bu yaxınlarda isə İranın Poçt və Teleqraf Nazirliyinin arxivindən əldə edilən bir sənəddə kürdlərin 1944-cü ildə İraqdan Güney Azərbaycanın qərb bölgələrinə köçürülməsinə dair məlumatlar əks olunub.

Sənəddə Rza Pəhləvinin İraq dövləti ilə işbirliyi nəticəsində İraq kürdlərinin indiki Qərbi Azərbaycan vilayətinin torpaqlarında yerləşdirildiyi öz əksini tapıb.

Həmin arxiv sənədində həmçinin Azərbaycanın Sulduz şəhərinin adı da “Sulduz” şəklində qeyd edilib. Halbuki, sonralar farslaşdırma siyasəti çərçivəsində həmin şəhərin adı təhrif edilərək “Nəqədə” adlandırılıb və bu gün gəlmə kürdlər bu ərazinin həqiqi adı olan Sulduz sözünü inkar edib, şəhərin “Nəqədə” olduğunu iddia edirlər.

Qeyd edək ki, son onilliklərdə İraqdan təxminən 2 milyon kürd Qərbi Azərbaycan vilayətinə köçürülüb.

Qərbi Azərbaycan vilayətinin hətta rejimə bağlı rəsmiləri də etiraf ediblər ki, təkcə 80-cı və 90-cı illərdə 1 milyon 600 min İraq kürdü Azərbaycanın qərb bölgəsində məskunlaşdırılıb.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın