Cümə axşamı , Mart 28 2024
azfa

İran dünyanın 40-dan çox ölkəsində 360 terror aktı həyata keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamenti yaydığı yeni hesabatda İranın dünyanın 40-dan çox ölkəsində 360 terror aktı həyata keçirdiyini açıqlayıb.

Sənəddə deyilir ki, yüzlərlə insanın ölməsi, yaralanması və əlil olması ilə nəticələnən bu terror aktlarını Sepah terror təşkilatının “Qüds Briqadası”, ETTELAAT Nazirliyi, eləcə də İrana bağlı Livanın terrorçu Hizbullah təşkilatı həyata keçirib.

ABŞ Dövlət Departamenti əldə etdiyi məlumatlar əsasında sənədə İranın xarici ölkələrdə akkreditə edilmiş diplomatik nümayəndəliklərinin beynəlxalq terror fəaliyyətlərində iştirakı ilə bağlı sübutları da əlavə edib.

Bu istiqamətdə 1994-cü ilin iyul ayının 18-də Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən Yəhudi Əməkdaşlıq Mərkəzinin partladılmasında iştirak edən İranın bu ölkədəki səfirliyinin mədəniyyət atteşesi Möhsün Rəbbani və terrorçu Sepahın üzvü olan diplomat Həmidrza Əsğərinin adları qeyd edilib. Həmin partlayış nəticəsində 85 nəfər ölmüş, 300-dən çox insan yaralanmış, mərkəzin 7 mərtəbəli binası tamamilə uçmuşdu.

2018-c ildən Belçikada həbsdə olan İranın Avstriyadakı səfirliyinin işçisi Abbas Əsədinin adı da hesabatda terror fəaliyyətləri göstərən diplomat kimi düşüb. O, 2018-ci ilin iyul ayının 2-də Almaniya, Belçika və Fransanın birgə əməliyyatı nəticəsində Parisdə keçiriləcək İran rejiminin müxaliflərindən birinin tədbirinə bombalı hücum təşkilində şübhəli bilinərək, Almaniyanın Bavariya əyalətində saxlanmışdı.

Dövlət Departamenti fars-molla rejiminin terror aktlarının hamısını təfsilatı ilə açıqlayıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın