Çərşənbə , Aprel 24 2024
azfa

İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşdığını bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın İrəvanda akkreditə edilmiş səfiri Abbas Bədəxşan Zühuri Ermənistanın İsraildə səfirlik açmaqla bağlı qərarına münasibət bildirib.

Ermənistanın İctimai Televiziya Şirkətinə verdiyi müsahibədə diplomat ölkəsinin İrəvanın qərarına hörmətlə yanaşdığını deyib.

“Ölkəmin İsrailə qarşı mövqeyi uzun illərdir ki, hamıya məlumdur. Qonşularımızla problem yaratmamağa çox həssas yanaşırıq. Lakin İsrail həmişə bizim qonşularımızla olan gözəl münasibətlərimizi pozmağa cəhd göstərir. İran Ermənistanın qərarına hörmətlə yanaşır. Biz bu məsələ ilə bağlı narahatlığımızı hər zaman Ermənistan rəhbərləri ilə görüşümüzdə dilə gətiririk. Bizim mövqeyimiz belədir- qonşularımızla gözəl münasibətlərimiz var və buna xələl gətirmək istəmirik”, – deyə Abbas Bədəxşan Zühuri əlavə edib.

Xatırladaq ki, Ermənistan rejimi 2019-cu ilin sentyabr ayında Tel-Əvivdə səfirlik açmaqla bağlı qərar qəbul edib. İlk vaxtlar İran və bu ölkənin İrəvandakı sözügedən səfiri Abbas Bədəxşan Zühuri Ermənistanın qərarını kəskin tənqid etmişdi. Səfirin mövqeyində dəyişiklik rəsmi Tehranın bu istiqamətdə ya mövqe dəyişdirdiyini, ya da İrəvanla hansısa razılığa gəldiyini göstərir. Digər tərəfdən, İran Azərbaycanı daim İsraillə olan dostluq münasibətinə görə kəskin surətdə tənqid edir və ölkəmizin daxili işlərinə qarışır. Halbuki Azərbaycan indiyədək İsraildə səfirlik açmayıb.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın