Çərşənbə axşamı , Mart 19 2024
azfa

İran erməni təcavüzünü pisləyən 3 azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi azərbaycanlı fəallardan Əhməd Məhəmmədpur, Əli Məali və Ramin Danəndə İran rejimi tərəfindən mühakimə edilib.

Azərbaycanlı fəalların bazar günü noyabrın 22-də məhkəmələrinin ilk iclası rejimin Ərdəbildə yerləşən məhkəməsində keçirilib.

Bundan əvvəl isə fəallar Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə müstəntiq Babək Nonəhalın rəhbərlik etdiyi Şəhid Beheşti İnqilab Prokurorluğunun Ərdəbil şəhərindəki 10 saylı şöbəsində “milli təhlükəsizliyə qarşı yığıncaq və əlbir olmaq”da ittiham olunublar.

Ərdəbildə yaşayan azərbaycanlı milli-mədəni fəallar Əhməd Məhəmmədpur, Əli Məali və Ramin Danəndə, Qarabağın azadlığı əməliyyatına dəstək və İran hökumətinin Ermənistana silah-sursat yardımına etiraz olaraq keçirilən aksiyaya qatılmışdılar. Onlar oktyabrın 1-də Ərdəbilin Şəriəti meydanında ağır döyüldükdən sonra polis tərəfindən həbs edilmişdilər.

Rejimin Ərdəbildə yerləşən zindanının karantin bölməsində saxlanılan Əhməd Məhəmmədpur 450 milyon tümən, Əli Məali və Ramin Danəndə isə hər biri 350 milyon tümən girov müqabilində məhkəməyə qədər zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Ərdəbil ən çox işsizi olan əyalətlər siyahısındadır

GADTB: İran Statistika Mərkəzinin rəsmi məlumatına görə, cari ilin mart ayının sonunadək olan dövrdə qadınların …

Ana dilinə görə rejimin həbs etdiyi milli fəal Evin zindanında acınacaqlı şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, ana dilinə göörə molla rejimin həbs etdiyi və …

Bir cavab yazın