Cümə , Aprel 19 2024
azfa

İran Güney Azərbaycanla Quzey Azərbaycan arasında kürd koridoru yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanı Quzey Azərbaycandan ayırmaq məqsədilə Güney Azərbaycanla Quzey Azərbaycan sərhədi boyunca kürdləri köçürməkdədir.

Rejim Muğanın sərhəd şəhəri olan Parsabada 2 mindən çox kürtd köçürüb. Yerli azərbaycanlı əhalinin işsiz olmasına baxmayaraq, onlar Muğanın Sənayeləşmiş əkin sahələrində işlə təmin ediliblər. Rejim həmçinin Xudafərinə də çox sayda kürd yerləşdirilib. Onlar da bu bölgənin bütün su-kanalizasiya və santexnik işlərinə cəlb ediliblər.

Bundan əlavə rejim Güney Azərbaycanın Culfa şəhərinə də çoxsaylı kürd köçürüb və Culfada Azad İqtisadi Zonanın pasaj və molları həmin kürdlərə verib.

İrqçi fars rejim beləliklə faktiki olaraq Güney Azərbaycanla Quzey Azərbaycan arasında kürd koridoru yaradır.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın