Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İran İraqda yaratdığı Haşdi Şabi silahlı dəstəsinin İraq ordusuna birləşdirilməsinə qarşı çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Haşdi Şabi şiə milis dəstələri İraq Silahlı Qüvvələrinin tərkibinə daxil olmayacaq.

RƏSMI Tehran İraq hökumətinin milis dəstələrini orduya birləşdirmək haqqına sahib olduğunu, amma bunun şiə hərbi qruplarının orduyla tam birləşməsi anlamına gəlmədiyini vurğulayıb.

Qeyd edək ki, Tehran bu açıqlamanı İraq Baş naziri Adil Abdulla Mehdinin ölkədəki bütün hərbi qrupların orduya birləşdirməsi haqqında qərarından dərhal sonra yayıb.

Haşdi Şabi şiə milis dəstələridir. Bu qruplaşma zamanında İŞİD-ə qarşı İraq şiələrinin mənəvi lideri Əli Sistaninin əmri ilə yaradılıb və daha çox iranyönlü olmasıyla seçilir.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın