Şənbə , Aprel 20 2024
azfa

İran Paşinyanın Azərbaycana qarşı təxribatına etiraz edən azərbaycanlıları mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Paşinyanın Tehranda Azərbaycana qarşı təxribat törətməsinə etiraz edən azərbaycanlı fəallar Yusif Sələhşur və Davud Mahmudini rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinə çağırdı.

Fəallar məhkəmənin elektron sistemi vasitəsilə göndərilən çağırış vərəqəsinə əsasən bu gün oktyabrın 8-də Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinin 27-ci şöbəsinə müraciət etməli idilər.

Qeyd edək ki, bundan əvvəl rejimin Təbrizdə yerləşən 2 nömrəli Cinayət Məhkəməsinin 112-ci şöbəsi fəalların hər birini 2 il həbs, 74 şallaq zərbəsi və birlikdə bir insan üçün nəzərdə tutulan diyə (qan pulu) məbləğinin mində ikisini ödəməyə məhkum etmişdir. Hökmdə diyə ilə bağlı verilən qərarın qəti, lakin həbs və şallaq qərarının etiraza açıq olduğu qeyd olunmuşdur.

Azərbaycanlı fəallar mart ayında Traxturla Sepahan komandalarının yarışında Paşinyanın “Qarabağ Ermənistandı.” deməsinə etiraz etdikləri üçün rejimin məmurları tərəfindən yaxalanıb, hər biri 80 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdılar.

Paşinyana etiraz edən azərbaycanlı fəalları irqçi fars rejim həmçinin şərləmişdir.

Rejimin təhlükəsizlik qüvvələri Davud Mahmudini yaxalayarkən döymüşlər. Nəticədə o burun və bel nahiyyəsindən xəsarət almışdır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın