Çərşənbə , Aprel 24 2024
azfa

İran rejimi erməni təcavüzünü pisləyən 100-dən çox azərbaycanlını yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən 100-dən çox azərbaycanlını həbs etdi.

Oktyabrın 1-də Güney Azərbaycan şəhərlərindən, Təbriz, Tehran, Urmiya, Ərdəbil, Zəncan, Meşgin, Qoşaçayvə s. şəhərlərdə Azərbaycan ordusuna on minlərlə azərbaycanlı dəstək aksiyası keçirib.

Lakin İranın ermənipərəst üzdəniraq islam rejimi keçirilən dinc dəstək aksiyaların divan tutub və 100-dən artıq azərbaycanlı fəalı yaxalayıb.

 Təbrizdə təxminən 40 nəfər azərbaycanlı fəal rejimin tərəfindən yaxalanıb. digər şəhərlərdə aksiyaya qatılan fəallar, o cümlədən Huşəng Tağızadə, Əmir Gövhəri, Əşkan Səadət Mehr və Rza Xəlili Urmiyanın təhlükəsizlik polisinə çağırılaraq saxlanılıb. Bildirilir ki, hər dörd fəal bir neçə saat təhdid edilib dindirildikdən sonra həmin gün axşam saat 20:00-da sərbəst buraxılıblar. Urmiyada həmçinin aksiyaya qatılan fəallar Cavad Rzayi, Salar Tahir Əfşar, Səhənd Behnəmun və adı bəlli olmayan bir etirazçı xanımın da həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir.

Urmiyada da ümumilikdə oktyabrın 1-də 100-dən çox fəalın polis idarəsinə çağırılıb dindirildiyi və ya saxlandığı barədə məlumatlar yayılıb.

Qarabağın və ətraf rayonlarının erməni işğalından azad olunması üçün keçirilən hərbi əməliyyatlara dəstək üçün Ərdəbildə keçirilən aksiyada isə milli-mədəni fəallar Əhməd Məhəmmədpur, Yaşar Muradi, Əli Məali, Yunis Muradi, Əli Xeyrcu və Meysəm Colani həbs edilib.

Həmçinin son günlər Azərbaycan Ordusunun təcavüzkar Ermənistana qarşı dəstək verən 12 ərdəbilli fəal, Əsgər Əkbərzadə, Murtuza Pərvin, Muctaba Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Mehdi Huşmənd, Pərviz Siyabi, Səccad Colani, Hüseyn Balaxani, Bəhmən Xeyrcu, Hamid Heydəri Baris və Sübhan Bəxşi həbs edilmişdilər.

Marağa, Kərəc və s. Azərbaycan şəhərlərindən də yaxalanan azərbaycanlı fəalların olduğu bildirilir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın