İran rejimi Sayınqalada azərbaycanlı milli fəal Cavad Ruhinejad yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars vrejim azərbaycanlı fəal-mədəni Cavad Ruhinejadı avqustun 4-də Sayınqala şəhərində yaxalayıb, Qoşaçay şəhərinin zindanına aparıb.

Cavad Ruhinejadın rejimin mülki geyimli qüvvələri tərəfindən öz iş yerində yaxalanıb və avqustun 4-dən bəri Qoşaçayın zindanında həbsdə saxlandığı bildirilir.

Həmçinin rejimin təhlükəsizlik qüvvələri Cavad Ruhinejadı öz evi, atasının və qayınatasının evində axtarış apararaq ailələrdə qorxu yaradaraq milli fəalın şəxsi əşyalarını, xüsusi ilə kitablarını, kompüterini və telefonunu müsadirə ediblər.

Hələlik fəalın hansı səbəbə görə yaxalandığını bildirməyiblər.

Rejimin Sayınqalada yerləşən məhkəməsi Cavad Ruhinejadın sərbəst buraxılması üçün 200 milyon tümənlik vəsiqə təyin edilsə də, hələ ki, fəalı zaminə buraxmırlar.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın