Şənbə , Aprel 20 2024
azfa

İran rejimi türkmən milli-mədəni fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qüvvələri türkmən milli-mədəni fəal, idman jurnalisti, eləcə də “Bampuşe Qonbəd” və “Türkmən Sport” saytlarının rəhbəri olan Hamed Purməndi yaxalayaraq naməlum istiqamətdə aparıblar.

Fəal oktyabrın 31-də Golestan Sabah Süd Məhsulları Şirkəti tərəfindən ona qarşı irəli sürülmüş “təhqiramiz və nalayiq ifadələrlə böhtan yaymaq” ittihamı üzrə müdafiə çıxışı etmək üçün Qonbəde-Kavus məntəqəsinin məhkəməsinin 2-ci şöbəsinə çağırılıb və orda həbs edilib.

Bir müddət əvvəl Hamed Purmənd sosial şəbəkələrdə insanları #Sabahı_boykot_edək həştəqi ilə sözügedən şirkətin məhsullarını boykot etməyə çağırmışdı.

“Türmən Səhranın” xəbər agentliklərinin yaydığı məlumata görə, Hamed Purmənd əvvəllər də milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın