İran terrorçuları Səudiyyə Ərəbistanına İran raketlərilə hücum etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrannın Yəməndə yetişdirdiyi terrorçular Səudiyyə Ərəbistanına İran raketlərilə hücum etdilər.

Atılan raketlər nəticəsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda şiddətli partlayış səsləri eşidilib.Partlayış Yəməndəki Husi üsyançılarının krallığa ballistik raket atması səbəbilə baş verib.

Paytaxt istiqamətində azı iki ballistik raket atılıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ölkə səmasında bir mərminin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Hücumdan sonra həyəcan siqnalları işə düşüb. İnsanlar sığınacaqlara yerləşib.Fəsadlar barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın