Şənbə , Aprel 20 2024
azfa

İrana daim yardımmedən türkləri farslar ən böyük düşmənləri hesab edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Azərbaycan nə qədər İrana və farslara yaxşılıq etsələr də keçirilən sorğu sübut edir ki, farslar türklərə düşmən gözü ilə baxıb, özləri üçün ən böyük təhdid hesab edirlər. Bu isə fars cəmiyyətində türklərə qarşı düşmənçiliyin dərin kök saldığından xəbər verir.

İranın rəsmi orqanı olan “İran” qəzetinin raportaj qrupunun rəhbəri Məhəmməd Mutləq adlı şəxs tvitter səhifəsində iki sorğu keçirib. O İrana düşmən ölkələrlə yanaşı Türkiyənin də adını yerləşdirib. Sorğuda iştirak edən farsların böyük əksəriyyəti hər zaman İrana yardım edən Türkiyəni bir nömrəli düşmənləri kimi bildiriblər.

Birinci sorğuda farsların 11 faizi ABŞ-ı İran üçün təhlükə qiymətləndirib, 20 faizi İsraili, 14 faizi Səudiyyə Ərəbistanı və 55 faizi türkiyəni özlərinə təhlükə adlandırıblar.

İkinci sorğuda isə  iştirak edən farsların 6 faizi  Ərəb Əmirliyini, 5 faiz Pakistanı, 65 faiz türkiyəni və 24 faiz Səudiyyə ərəbistanı İrana təhlükə hesab ediblər. Bu nəticələr isə fars cəmiyyətində necə antitürk əhvali-ruhiyyəsinin olduğunu sübut edir. Sözsuz ki, bu sorğuda Azərbaycanın adı da yerləşdirilsəydi Azərbaycan da İranın ən böyük düşməni kimi farslar tərəfindən dəyərləndirləcəkdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın