İranda Millətlərin Müqəddəratını Təyinetmə üçün Milli Cəbhənin qeyri-fars millətlərə müraciəti

GADTB: İşğalçı İran rejiminə qarşı mitinqlərə çağırış

İran işğalında və zülm altında olan millətlər

Son qırx ildə terror, cinayət, işğalçılıq, beynəlxalq qanunların və insan haqlarının pozulması, yoxsulluq və fəlakətdən başqa işğal və zülm altında olan millətlərə, eləcə də məntəqə və dünyaya heç nə verməyən dalan dirənmiş İslam Cümhuriyyəti rejimi ömürünün sonuna çatıb.

İşğalçı İran rejimi işğal altında olan millətləri çapıb-talamış və qəsb etdiyi pullar hesabına məntəqə və dünya ölkələrinə terror ixrac edərək, məntəqədə və dünyada əsas toqquşmaların səbəbkarı və bəşəriyyətə təhdid kimi çıxış edir. İran rejimi infilyasiyanı  və qiymətləri dəhşətli dərəcədə artırdığı, insanları gündəlik tələbata möhtac etdiyi və qeyri-fars millətləri ağır fəlakətə sövq etdiyi hlda kalan sərmayəni məntəqədə qeyri-sabit vəziyyət yaratmağa xərcləyir. Belə ki, rejim son aylarda əhalinin əmək haqqını belə ödəmir və onlar aylarla əmək haqı ala bilmirlər. İqtisadi vəziyyət gündən-günə pisləşir və əhali gecə çörəyinə möhtac qalır. Ona görə də öz hüquqlarını bərpa etmək üçün küçə yürüşü və etiraza başlamışdır.

Aydındır ki, rejimin bu qarət və zülm siyasətinin əsas qurbanları İran müstəmləkəsi altında olan qeyri-fars millətlər olmuş və ən çox iqtisadi və insani qurbanlar da onlar arasından olmuşdur. Onlar rejimin müstəmləkəçiliyi ilə mübarizədə və işğalçıları öz ərazilərindən çıxarmaq üçün apardıqları amansız mübarizədə də öndədirlər.

Səngərdaşlar:

İşğalçı İran rejimi beynəlxalq etibarını itirərək, zəifləmiş və təcrid edilmişdir. Eyni zamanda rejimə qarşı etirazlar da artmışdır. Bizim vəzifədir ki, ayağa qalxıb öz milli şüarlarımızla müstəmləkəçi İran rejiminə ölümcül zərbə endirərək, həmişəlik bu müstəmləkənin əsarətindəm qurtaraq. Aydındır ki, qeyri-fars millətlərin ictimai xoşbəxtliyi, iqtisadi rifahı və milli təhlükəsizliyi yalnız işğaldan qurtarmaq və müstəqillikdədir.

Beləliklə, İranda Millətlərin Müqəddəratını Təyinetmə üçün Milli Cəbhə irəli gəlmiş bu fürsəti dəyərləndirərək, İranda işğal altında olan bütün millətləri başdan ayağa cinayətə batmış İran rejiminə qarşı hər növ etirazı dəstəkləməyə və milli şüarlar çərçivəsində müstəmləkəçi İran rejiminə qarşı ayağa qalxmağa, rejimə qarşı mühasirəni möhkəmləndirməyə və xalqlara azalıq muştuluqçusuna çevrilməyə çağırır.

Qoy müstəmləkəçi İran rejiminə qarşı qeyri-fars millətlərin birliyi daha da genişlənsin

İranda Millətlərin Müqəddəratını Təyinetmə üçün Milli Cəbhə

26 iyun 2018

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın