Cümə axşamı , Aprel 25 2024
azfa

İranın COVİD-19-dan ölən xəstələrin sayını gizlətdiyi aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ölkədə öz iqtisadi maraqları naminə COVİD-19-a qarşı heç bir önləyici tədbir görməyib və karantin elan etmədiyi üçün ölkədə olduqca acınacaqlı vəziyyət hökm sürməkdədir. Koronavirusa yoluxan və ölənlərin sayı o qədər artıb ki, rejimin bu barədə statistikanın bir neçə qat az elan etdiyi məlum olub.

BBC-nin bildirdiyinə görə, Fars xidmətinə anonim mənbədən İranın COVID-19-la bağlı məlumatlarında həqiqəti söyləmədiyini göstərən sənədlər sızdırılıb.

BBC bildirir ki, Yaxın Şərq ölkəsində COVID-19-dan ölənlərin sayı İranın göstərdiyindən üç dəfə çoxdur. İyulun 20-dək İranda koronavirusdan 42000 ölüm halı olduğu halda, bu ölkənin Səhiyyə Nazirliyi bu rəqəmin 14 405 olduğunu bildirib.

Eynilə yoluxma sayı da iki dəfə artıqdır. Səhiyyə Nazirliyi 278 827 nəfərin yoluxduğunu bildirsə də, BBC-nin əldə etdiyi sənədlərdə 451 024 yoluxma halının qeydə alındığını deyib.

Bundan əlavə, BBC-nin əldə etdiyi tibbi qeydlərə görə, İranda COVID-19-dan ilk ölüm halı yanvarın 22-də baş verib. Lakin İran koronavirusdan ölüm haqda ilk mləumatı bundan demək olar ki, bir ay sonra verib.

Statistik məlumatlardan asılı olmayaraq, BBC İranın Yaxın Şərqdə COVID-19-un ən ciddi təsirinə məruz qalan ölkə olaraq qaldığını bildirir.

Anonim mənbə məxfi sənədləri mediaya “həqiqəti işıqlandırmaq” və koronavirus pandemiyası ilə əlaqədar “siyasi oyunlara” son qoymaq üçün paylaşdığını bildirib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın