Cümə axşamı , Aprel 25 2024
azfa

İranın irticaçı rejimi etirazda iştirak etdiyi üçün idmançı Nəvid Əfkarini edam etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və irticaçı fars rejimi növbəti etirazlara mane olmaq məqsədilə etiraz aksiyasında iştirak etdiyi üçün idmançı Nəvid Əfkari bu gün səhər edam edib.

Bu barədə fəalın vəkili Həsən Yunisi məlumat yayıb. O bu barədə Nəvidin ailə üzvlərinin məlumat verdiyini bildirib.

Vəkilin sözlərinə görə, Şiraz şəhərinin xeyriyyəçiləri Nəvid Əfkarinin etirazlar zamanı öldürməkdə ittiham edildiyi təhlükəsizlik orqanının əməkdaşının evinə gedib, onlarla barışıq əldə etməyi planlaşdırıbmışlar.

Faktı təsdiqləyən Fars əyalətinin Ədliyyə İdarəsinin rəsmiləri iddia edib ki, edam hökmü qətlə yetirilmiş şəxsin ailəsinin davamlı israrı ilə tez icra edilib.

Qeyd edək ki, Nəvid Əfkari 2018-ci ildə İranın Şiraz şəhərində keçirilmiş etiraz aksiyalarında təhlükəsizlik orqanı əməkdaşını qətlə yetirməkdə ittiham edilərək, 2 dəfə edam, 6 il yarım həbs və 74 şallaq zərbəsi cəzası almışdı. O özü, eləcə də İran daxilində və xaricində fəaliyyət göstərən insan haqları fəalları ittihamları rədd edirdilər. Onlar bildirirlər ki, istintaq dövründə Nəvid Əfkari cinayəti boynuna almaq üçün ağır işgəncələrə məruz qaldığından, işə yenidən baxılmalıdır. Nəvidin qardaşlarından birinə 54, digərinə qarşı isə 27 il həbs və şallaq cəzaları hökmləri çıxarılıb.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın