Şənbə , Aprel 20 2024
azfa

İranın təyyarəni qəsdən vurduğu üzə çıxdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin qəsdən Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsi Tehranda iki raketlə vurduğu müəyyənləşdi

Bu barədə “New-York Times” informasiya yayıb.

Nəşrin hadisənin şahidi olan bir iranlı tərəfindən çəkilən videonu analiz etməsi nəticəsində təyyarənin 30 saniyə fasilə ilə iki raket hücumuna məruz qaldığı ortaya çıxıb. Xəbərdə raketlərin 13 km məsafədə yerləşən hərbi bazadan çıxdığı qeyd olunub. İlk raket hədəfə çatdıqdan sonra təyyarənin transponderi (peyk alış-verişi) sıradan çıxıb.

Məhz bu görüntülər təyyarənin səhvən vurulması variantını şübhə altına alır.

Qeyd edək ki, Tehrandan Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi İranın hava hücumundan müdafiə kompleksləri tərəfindən vurulmuşdu. Nəticədə, 176 nəfər həlak olmuşdu. Onlardan 82-i iranlı, 63-ü kanadalı, 11-i ukraynalı, 10-u isveçli, 4-ü əfqan, 3-ü alman, 3-ü isə ingilis olub.

İran rəsmiləri təyyarənin səhvən vurulduğunu qəzadan 3 gün sonra etiraf etmişdi. İndi isə təyyarənin qəsdən vurulduğu üzə çıxıb. Məlum olub ki, Q.Süleymanın köməkçisi və başqa pasdarlar da həmin təyyarədə olub və rejim bəzi məsələlərin üstünün açılmaması üçün təyyarəni qəsdən vurub.

Sepah qəsdən təyyarəni vurub

Publicerat av Ali Huseyn Tisdag 14 januari 2020

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın