Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İranın təyin etdiyi kürd vali PKK terrorçuları kimi ermənilərlə çiyin-çiyinə müsəlman Azərbaycana qarşı döyüşür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İranın Qərbi Azərbaycanı kürdləşdirmək məqsədilə bu bölgəyə təyin etdiyi kürd vali PKK terrorçuları kimi ermənilərlə çiyin-çiyinə müsəlman Azərbaycana qarşı döyüşür.

PKK terrorçularının ermənilərlə çiyin-çiyinə Qarabağda Azərbaycan müsəlmanlarına qarşı döyüşdüyü bir zamanda kürd vali Məhəmməd Mehdi Şəhriyarı da arxa cəbhədə ermənilərlə yanaşı Azərbaycana qarşı döyüşür və virtual aləmdə Azərbaycana qarşı xəbərləri layk edir.

Qərbi Azərbaycanın yerli olmayan valisi Məhəmmədmehdi Şəhriyarinin Azərbaycan əleyhinə olan yazını bəyənməsi Güney Azərbaycanda azərbaycanlıların etirazlarına səbəb olub.

Kürd vali iki gün əvvəl “Euronews”un “İnstagram” səhifəsində Antiazərbaycan yazını “layk” edib. Həmin postda “Avropa  Parlamentinin nümayəndələrinin Qarabağı erməni işğalından azad etdiyi üçün Azərbaycan vətəndaşlarına məhdudiyyətlər tətbiq edilməsini istəmələri” barədə məlumat yazılıb.

Qeyd edək ki, həmçinin Ermənistana hərtərəfli yardımların çatdırılmasında Şəhriyarı xüsusi canfişanlıq edib, erməni təcavüzünü pisləyən azərbaycanlı fəalları divan tutur.

Həmçinin yoxlayın

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …

Bir cavab yazın