Cümə , Aprel 19 2024
azfa

İranın xəyanəti nəticəsində Şuşa 28 ildir erməni işğalındadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars-molla rejimi Azərbaycan Respublikası rəhbərliyini aldadıb və Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını boynuna götürərək atəş müqaviləsi bağlatdırmış və Ermənistana hücum göstərişi verərək Şuşanın erməni işğalına düşməsinə səbəb olmuşdur.

Nəticədə onsuz da Rusiyanın himayəsi ilə Azərbaycan ərazilərinə hücum edən Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Şuşa şəhərini də İranın xüsusi xidmətləri nəticəsində işğal etmişdir.

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.

İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın