İrdak Şirkətinin işçiləri Təbrizdə İcra Hakimiyyəti binası qarşısında etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-ci il aprel ayının 6-da İrdak Şirkətinin işçiləri Təbrizdə İcra Hakimiyyəti binası qarşısında etiraz aksiyası keçirdilər.

Aksiyaya səbəb işçilərin əmək haqqı və s. ödənişlərinin ödənilməməsidir.

Qeyd edək ki, son aylarda Güney Azərbaycanda işçilərin əmək haqlarının gecikməsi üzündən tez-tez işçilər etiraz aksiyası keçirir. Rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti, eləcə də dünyada qeyri-konstruktiv siyasət yeritməsi işçilərin və əhalinin dolanışığını hədsiz dərəcədə çətinləşdirmişdir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın