Cümə axşamı , Mart 28 2024
azfa

İrqçi fars-milla rejimi Güney Azərbaycanın tarixi abilərinin 90 faizindən çoxunu dağıdıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Güney Azərbaycanın tarixini təhrif etməklə yanaşı 90 faizdən tarixi abidələrini dağıtmasına artıq rejimin təyin etdiyi yerli rəsmilər də etiraf etməyə məcbur olurlar.

Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəis müavini Əlirza Qoçu Təbrizin tarixi binalarının 90 faizindən çoxunun məhv edildiyini, qalan 10 faizinin isə məhv olmaq üzrə olduğunu etiraf edib.

Qoçu Təbriz Şəhər Şurası iclasında  bu barədə deyib ki, Təbrizin tarixi binaları və tarixi yerlərinin məhv olmasının “etinasızlıq və diqqətsizlik” nəticəsində baş tutduğunu bildirib.

O  Təbrizin bir çox tarixi bina və abidələrinin özbaşına buraxıldığını, ancaq təmir və bərpa işlərinin başlandığı bildirərək deyib: “Şəhərin tarixi hissəsinin yenidən qurulması üçün xüsusi plan 2016-cı ildə 10 ay ərzində hazırlanmalı idi, lakin hələ yarımçıq qalıb”.

Qeyd edək ki, son illərdə Təbrizin tarixi binaları bir-birinin ardınca dağıdılır. May ayının 10-da Təbrizin tarixi məhəlləsi olan Abbasidə Mirzə Nağı Hamamının bir qisminin ağır texnika vasitəsi ilə məhv edildiyi bildirilib. Həmçinin Təbrizin Camışavan məhəlləsində yerləşən Babaxan Evi adlı başqa bir tarixi abidənin böyük bir hissəsinin məhv edildi. Bunlar isə əhalinin ciddi narahatçılığına səbəb olur.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın