Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars-molla ejimi azərbaycanlı fəalları 12 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla ejimi azərbaycanlı milli-mədəni fəal Cəfər İsməilzadə və Milad İsməilzadəni 12 ay həbs cəzasına məhkum edib.

Rejimin Təbrizdə yerləşən Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi milli fəalların həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

Qeyd edək ki, 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində terrorçu Sepahın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılan ata və oğul 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.

Terrorçu Sepahın məmurları fəalları yaxaladıqdan sonra İsməilzadə ailəsinin evinə müraciət etmiş və ailəni təhdid edərək ev sahibinə aid notbuk, kitab və daha bir neçə şəxsi əşyanı müsadirə etmişdilər.

Azərbaycanlı fəalların hər biri rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində terrorçu Sepahın təhlükəsizlik bölməsinin raportu əsasında 6 ay həbsə məhkum edilmişdir.

Ata və oğul olan azərbaycanlı fəallar şərlənərək “vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat aparmaq” və “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq”da ittiham olunmışlar.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın