Cümə , Aprel 19 2024
azfa

İrqçi fars-molla rejimi dövlət səviyyəsində Türkiyəyə qarşı yalan məlumat yayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi saytlar səviyyəsini keçib, artıq rəsmi dövlət səviyyəsində Türkiyəyə qarşı yalan məlumat yayır.

Molla rejimi İranı koronavirusun bürüdüyü vəziyyətdə xəstəxanalarda test üçün kitlərin tapılmadığı, eləcə də Türkiyənin dünyanın super gücləri də daxil olmaqla bir çox ölkəyə tibbi yardımlar etdiyi bir vaxtda yalandan Türkiyəyə koronovirus testləri göndərmələri barədə yalan məlumat yayıblar.

İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazdığı statusda Türkiyə, Almaniya və digər ölkələrə İran istehsalı olan 40 min ədəd koronavirus testi göndərdiyini iddia etmişdi.

Lakin Türkiyəli rəsmilər İranın bu ölkəyə kömək olaraq 40 min ədəd koronavirus testi göndərməsi ilə bağlı Məhəmməd Cavad Zərifin dediklərini təkzib ediblər.

“Anadolu” xəbər agentliyinə məlumat verən 3 diplomatik mənbənin dediklərinə əsasən, Zərifin iddiası heç bir həqiqətə söykənmir.

Türkiyəli həmin diplomatik mənbələr İrandan bu ölkəyə 1 ədəd belə koronavirus testinin daxil olmadığını bildiriblər.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın