Cümə axşamı , Aprel 18 2024
azfa

İrqçi fars-molla rejimi Təbrizdə 3 siyasi fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə 3 siyasi fəal Mehdi Səidi Səxa, Məcid Zəbihi və Əfşin Bərzigər Cəmşidi həbsə məhkum edib.

Rejimin Təbrizdəki İnqilab Məhkəməsi hər üç siyasi fəalı İran Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıqda və sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq, ümumilikdə 4 il iki ay həbsə məhkum edib.

Qeyd edək ki, keçmiş siyasi fəallardan Mehdi Səidi Səxa və Məcid Zəbihi 1980-ci illərdə siyasi görüşlərinə görə həbs edilərək bir neçə il həbsdə saxlanılıblar.

Yayılan məlumata əsasən, hər üç fəal bir neçə ay əvvəl rejimin Təbrizdə yerləşən ETTELAAT idarəsinin əməkdaşları tərəfindən həbs olunsalar da, az sonra onlar mülki vəsiqə girovu qoymaqla zaminə buraxılmışdılar.

Həbs edilərkən hər üç siyasi fəalın mənzilində axtarış aparılmış və onların noutbuklar, kitablar və bir sıra digər şəxsi əşyalarını götürmüşdülər.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın