Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejimə verdiyi sözü tutmadığına görə nota verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya İranın Adrian Darya-1 super neft tankerinin yükünün Suriyada boşaldılmasına və “həmin neft tankerinin son təyinatı ilə bağlı Tehranın öz öhdəliklərinə əməl etməməsi”nə cavab olaraq irqçi fars rejimin səfirini çağırıb.

Britaniya Xarici İşlər Nazirliyi bununla bağlı İranı vədinə əməl etməməkdə günahlandıraraq, İranın Suriyaya neft çatdırılmasının beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirib.

Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “İran daha əvvəl dəfələrlə “Adrian Darya” tankerinin yükünün Suriya embarqosu ilə əlaqəli tərəflərə çatdırmayacağına zəmanət vermişdi, lakin bu öhdəlikləri yerinə yetirmədi və sonda neft yükünü Suriyaya və qatil Əsəd rejiminə verdi”.

Bəyanatda Britaniya xarici işlər naziri Dominik Roba istinadən bildirilib: “İranın davranışı regional təhlükəsizliyə xələl gətirir və rəsmi London bu ay məsələni BMT-də qaldırmağı planlaşdırır”.

Qeyd edək ki, iyulun 4-də Panama bayrağı altında üzən o vaxt “Grace-1” adlandırılan Adrian Darya-1 tankeri Britaniyanın hakimiyyətində olan  Cəbəllütariq sahillərində bu bölgənin polisi və qüvvələri tərəfindən saxlanılıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın